Evlərə niyə hələ də istilik verilmir?

16:14 | 17.11.2017
Evlərə niyə hələ də istilik verilmir?

Evlərə niyə hələ də istilik verilmir?

Noyabrın 15-dən payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istilik verilməsi nəzərdə tutulsa da, hələlik bunun tətbiqinə başlanmayıb.

Azxeber.com xəbər verir ki, bu barədə "Lider TV" paytaxt sakinləri arasında apardığı sorğuya əsasən bildirir.

Sakinlər hələ də evlərinə normal istiliyin verilmədiyini deyirlər.

"Azəristiliktəchizat”ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə deyib ki, bu günün sonunadək paytaxt ərazisindəki bütün mənzillər istiliklə təmin olunacaq. O bildirib ki, qazanxanalar  bu günə kimi növbəli şəkildə işə salınırdı. Ancaq bu gün prosesin tamamlanması gözlənilir: "Azəriqaz”a da bildirmişik ki, işləri sürətləndirsinlər. Onlar tənzimləmələr apardıqca, biz qazanxanaları işə salırıq. Hər qazanxana qoşulduqda onlar mənbədən təzyiqi artırmalıdırlar ki, digər qazanxanaları da işə salaq. Yəqin ki, bu günün sonuna qədər hər şey qaydasına düşər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb