Fazil Məmmədov Azərbaycana qayıda bilmir - Səbəb

12:43 | 09.10.2018
Fazil Məmmədov Azərbaycana qayıda bilmir - Səbəb

Fazil Məmmədov Azərbaycana qayıda bilmir - Səbəb

Türkiyədəki "Amerika Xəstəxanası”nda ("American Hastanesi”ndə) müalicəsini başa vuran eks-vergilər naziri Fazil Məmmədov səhhəti tam normallaşmadığına görə Azərbaycana qayıda bilmir.

Anews.az Modern.az-a istinadən xəbər verir ki, eks-nazir uzun müddət müalicə almasına baxmayaraq, tez-tez hərarəti qalxır. Həkimlərsə onun daha bir kurs müalicə almasını tövsiyə edirlər.

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastahanesi”nin professorları Orxan Bilgə Mustafa Kərəmin nəzarətində olub.

Müayinələr zamanı F.Məmmədovda pankreatit aşkarlanmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM