Fədayə Laçının məhkəməsi təxirə salındı

11:33 | 10.12.2018
Fədayə Laçının məhkəməsi təxirə salındı

Fədayə Laçının məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən Bəhruz Abdullayevin vəkilinin prosesə gəlmədiyi məlum olub. 

Hakim bildirib ki, vəkil gəlmədiyi üçün iclas keçirilə bilməz. 

Məhkəmə prosesi dekabrın 17-dək təxirə salınıb. 

oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti