Fəxrəddin Manafovun Fuad Poladova vida sözü

13:37 | 05.05.2018
Fəxrəddin Manafovun Fuad Poladova vida sözü

Fəxrəddin Manafovun Fuad Poladova vida sözü

Azərbaycanın xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.
Kult.az xəbər verir ki, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində xalq artistinin yaxınları, teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir.
Mərhum öz vəsiyyətinə görə "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, xalq artisti uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında dünyasını dəyişib.
***
Fuad Poladovun ölümü Azərbaycan incəsənəti üçün nəhəng itkidir.
Bu sözləri Fuad Poladovla vida mərasimində iştirak edən Əməkdar artist Almaz Mustafayeva deyib.
A.Mustafayeva bu böyük itkini ifadə edəcək söz tapmadığını bildirib:
"Biz Fuadla bir müddət televiziyanın Uşaq Proqramları redaksiyasında işləmişik, onunla qonşu olmuşuq. Axırıncı dəfə "Nizami” kinoteatrında görüşdük. Yoldaşı ilə gəlmişdi. Bu bizim sonuncu görüşümüz oldu. Çox təəssüf, söz tapmıram deməyə. Fuad Poladovun ölümü Azərbaycan kinoteratrı, incəsənətinə nəhəng bir itkidir. O, adı böyük hərflərlə yazılan aktyor idi”.
***
Fuad Poladov bir aktyor kimi mənim üçün örnək olub.
Bu sözləri Fuad Poladovla vida mərasimində çıxış edən Xalq artisti Fəxrəddin Manafov deyib.
Göz yaşlarına hakim ola bilməyən xalq artisti hər zaman Fuad Poladovun bu ağır xəstəlikdən sağalacağı möcüzəsinə inandığını deyib:
"İnsan qəribə məxluqdur, gözləyə-gözləyə nağıla inanırıq. Elə bilirik ki, möcüzə olacaq, amma bu dəfə olmadı. Bu nağıl baş tutmadı. Fuad Poladov bir aktyor kimi mənim üçün örnək idi, bunu özünə də demişdim. Allah rəhmət eləsin".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb