Feysbuk baş nazirin oğlunu bloka atdı - SƏBƏB

10:18 | 18.12.2018
Feysbuk baş nazirin oğlunu bloka atdı - SƏBƏB

Feysbuk baş nazirin oğlunu bloka atdı - SƏBƏB

Amerikanın Feysbuk sosial media şirkəti İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun hesabını bloklayıb.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb 27 yaşlı Netanyahunun öldürülən iki İsrail əsgərinin intiqamının fələstinlilərdən alınmasına və müsəlmanların Fələstin torpaqlarını tərk etməsinə dair etdiyi paylaşım olub.


"1964-cü ildən bəri (Fələstin Qurtuluş Təşkilatının qurulma tarixi-red.) özlərini fələstinli kimi təqdim edən bu insan obrazındakı canavarlarla sülh olmaz. Harda heç terror hücumları olmur, bilirsinizmi? İslandiya və Yaponiyada. Nə təsadüf ki, orada heç müsəlman toplumu yoxdur”-, Yari paylaşımında qeyd edib.

"BBC Türkcə”nin xəbərinə görə, Yair Netanyahu Tvitterdə daha bir post paylaşaraq Feysbuku fikir polisi olmaqda ittiham edib:

"Feysbukdakı radikal yenilikçilər mənə də gəlib çatdı. Həmasın, Hizbullahın və İran rejiminin də feysbuk hesabı var. Burada daim İsrailin məhv edilməsi və yəhudilərin öldürülməsi çağırışları edilir. Mənə və ailəmə minlərlə təhdid yağdırılır. Ancaq nədənsə, bu mesajlar Feysbukun ictimai qaydalarını pozmur”.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM