• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Firudin Məmmədov: “Elə qazi var 3-4 evə sahibdir”

Firudin Məmmədov: “Elə qazi var 3-4 evə sahibdir”
04.05.2018 11:14
"Dövlət tərəfindən hazırlanan siyahı üzrə Qarabağ müharibəsi əlilləri, növbəlilik prinsipi gözlənilərək, ev ilə təmin olunur. Bu sistemdə ayrıseçkilik yoxdur”. 

"Sherg.az” bildirir ki, bunu Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib.

O qeyd edib ki, ikinci formada – ictimaiyyətdə tanınan, aktiv və qeyri-aktiv qazilərin xeyriyyəçilər, ölkəmizdə və kənarda yaşayan iş adamları tərəfindən mənzillə təmin olunması zamanı isə ədalət prinsipi gözlənilmir: "Bu şəkildə mükafatlandırılan şəxslər arasında elə qazilər var, artıq 3-4 mənzilə sahibdir. Amma dava-dərmanını almağa belə imkanı olmayan Qarabağ əlilləri unudulur. Əslində bu məsələdə nə köməklik edəndə, nə də yardımı qəbul edəndə günah var. Çatışmayan cəhət xeyriyyəçilik aksiyalarının ənənə halını almamağıdır. 20-25 ildir, Birinci Qarabağ Müharibəsində əlil olan şəxslər zirzəmilərdə övlad böyüdürlər. Onlara ev verən, kömək edən olmur. Xüsusi diqqət mərkəzində olan qazilər aprel döyüşlərində, yaxın bir neçə ildə cəbhədə əlil olan şəxslərdir. Onların təbliğatı televiziyada, mətbuatda digərlərindən fərqli aparıldığına görə, münasibət də fərqli olub. Bilirəm ki, bu cür fərq qoymaq kampaniyası bəzi qüvvələrin tapşırığı ilə başlanıb. Xeyriyyəçilər də mətbuatda işıqlandırılanları tanıyır, onlara köməklik edir. Sözsüz, müsbət haldır”.

Xeyriyyəçiliyin genişlənməsinə baxmayaraq, F.Məmmədov hesab edir ki, televiziyaların Birinci Qarabağ Müharibəsi döyüşçüləri ilə son illərdə qazi adını alanlar arasında ayrıseçkilik yaradılması ictimaiyyəti ciddi narahat edir: "İllər əvvəl müharibə dönəmində düşmənin texnikasını ələ keçirmək, erməniləri məhv etməklə nəticələnən onlarla əməliyyat aparılıb. Halbuki bu kimi hallar, az yada salınır. Azərbaycanda demək olar, hər nəsildə bir qazi yaxud şəhid var. Qoyulan fərqin açıq nümayiş edilməsi insanların narahatlığını artırır. Xeyriyyəçilik ənənəsi başlanırsa, bunu hər kəsə şamil etmək lazımdır. Qarabağ qaziləri təbliğ olunursa, vətənpərvər, özünü vətənə qurban verməyə hazır olanlar önə çəkilirsə, bütün belə şəxslərə aid edilməlidir. Xeyriyyəçilər də, çalışmalıdır ki, imkanı olmayan, maddi durumu acınacaqlı qaziləri axtarıb, tapsınlar, yardım etsinlər. Tutaq ki, kimsə kömək etmək istəyir, rahat şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib, növbədəki, ehtiyacı olan qaziyə yardım edə bilər. Belə addım atılsa, mütləq ədalətli olacaq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol