“Formula-1”-də yaralananlar üçün iki xəstəxana ayrıldı

17:31 | 20.04.2018
“Formula-1”-də yaralananlar üçün iki xəstəxana ayrıldı

“Formula-1”-də yaralananlar üçün iki xəstəxana ayrıldı

Səhiyyə naziri Oqtay Şirəliyev 27-29 apreldə "Formula-1” Azərbaycan Qran Prisində tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı təmin etmək məqsədilə əmr imzalayıb.

Nazirlikdən anews.az-a bildirilib ki, əmrə əsasən, ehtiyac olduğu halda, idmançıların və qonaqların hospitalizasiyası Mərkəzi Neftçilər Xəstəxanasında və Bakı şəhər Kliniki Tibbi Mərkəzdə təşkil ediləcək.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə nümayəndə heyətləri üçün ayrılmış mehmanxanalarda və iaşə müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması ciddi nəzarət etmək tapşırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb