Fransada supermarketə hücum edən silahlı şəxs bir neçə nəfəri girov götürüb.
"Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbində baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Polis rəsmiləri ölənlərin sayının artacağını istisna etməyiblər.
Həmin silahlı şəxsin terrorçu İŞİD quruplaşmasının üzvü olduğu bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !