Futbol millimizin baş məşqçisi bilindi

16:19 | 20.08.2018
Futbol millimizin baş məşqçisi bilindi

Futbol millimizin baş məşqçisi bilindi

15 yaşadək futbolçulardan (U-15) ibarət Azərbaycan yığmasının baş məşqçisinin kimliyi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu vəzifə Famil Xəlilova həvalə olunub.

Qeyd edək ki, Famil Xəlilov ötən mövsüm "Qəbələ” klubunun U-19 komandasının baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında bu komanda AFFA-nın Gənclər Liqasının qalibi olub və ölkəni UEFA Gənclər Liqasında təmsil etmək hüququ əldə edib.

Bununla da bütün kişi futbol komandalarının baş məşqçiləri müəyyənləşmiş olub.

Xatırladaq ki, U-16 yığmamıza Azər Məmmədov, U-17-yə Ramin Quliyev, U-19-a Vüqar Məmməd, U-20 və U-21-ə Rəşad Sadıqov və əsas milliyə Qurban Qurbanov başçılıq edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM