• $
  • £

Gədəbəy rayon Məhkəməsində özbaşınalıq - İDDİA

Gədəbəy rayon Məhkəməsində özbaşınalıq - İDDİA
28.05.2020 18:00
"Gədəbəy rayon Məhkəməsi saxta qətmanə çıxararaq nəvəmə bağışladığım torpaq sahəsini əlimizdən alınmasına şərait yaradır", bunu   Lyubov Alekseyevna Hüseynova anews.az-a şikayətində  bildirib.

"Biz keçmişdə buraya gələn ruslardanıq.  Uzun illərdi Gədəbəy rayon Novosaratovka kəndində yaşayırıq.  Həmin kənddə mənə məxsus olan torpaq sahəsini və mülkümü nəvəmə bağışlamışam. Ümumiyyətlə burda yaşayışımız İbrahimov Vidadi Cahan oğlu qonşuluqda yaşayan gəlmə rusun mülkünü alana kimi yaxşı idi. Həmin şəxs mülkü alandan sonra zülmətli günlərimiz başladı. İki mərtəbəli villasını tikərkən arxa pəncərələr qoydurdu. Pəncərələrdən bizim həyət görünür və işıqları evimizin içinə düşdüyünə görə  etiraz etsəkdə heç nə dəyişmədi. Bundan başqa bizim torpağımızı əlimizdən almağa çalışdı və buna nail olmaq üçün Gədəbəy rayon Məhkəməsində saxta qətnamə çıxartdı.  Habluki həmin əraziyə dair İbrahimov Vidadi Cahan oğlunun heç bir sənədi yoxdu. Amma bizim aidiyyatı qurumlardan bütün sənədlərimiz var” – deyə Hüseynova bildirir.
 
O, qeyd edir ki, Gədəbəy rayon Məhkəməsinin hakimi  Marif Kazımov  bizə məxsus yerə saxta qətmanə çıxarıb. İkinci saxtalıq odur ki,  Vidadi İbrahimov ilə bizim aramızda başqa bir iş üzrə Gəncə İnzibati-İqtisad Məhkəməsində proses getdiyinə baxmayaraq Marif  Kazımov Gədəbəy rayon Məhkəməsində də bizim digər bir işlə bağlı prosesə başlamışdı. Prosesi dayandırması üçün Gəncə İnzibati-İqtisad Məhkəməsindən lazımi sənədi təqdim etsəkdə əhəmiyyət vermədi.
 
Hüseynovanın sözlərinə görə,  Marif  Kazımov bu saxtakarlığı etmək üçün Gədəbəy rayon Maliyyə idarəsinin rəisi Namiq Məmmədov vasitəsilə  İbrahimov dan 3 500 manat alıb. "Hətta Namiq Məmmədov qızıma zəng edərək deyir ki, gedin işinizlə məşğul olun. Vidadinin pulu sizinlə bir  ağırlıqdadı. Pulla sizin qanınızı batırar", - dey. Hüseynova vurğulayır. 

Bundan öncə Gədəbəy rayon Maliyyə idarəsinin rəisi Namiq Məmmədovun adı Gədəbəy rayonun keçmiş icra başçısı Ramiz Yediyarovla külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurmaqda hallanırdı.

Məsələ ilə bağlı Gədəbəy rayon Məhkəməsi ilə əlaqə saxladıq. Ordan bildirdilər ki,  iş  Gəncə Apellyasiya Məhkəməsindədi.
 
Qarşı tərəfin fikrini bildirməyə hazırıq. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:30
Bu ərazilərdə işıq olmayacaq
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 21:45
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var
Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var - Video
Cəmiyyət 19:44
Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var - Video
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:07
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
Cəmiyyət 18:13
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
ABŞ-də benzin 4 dollar bahalaşıb
Cəmiyyət 17:50
ABŞ-də benzin 4 dollar bahalaşıb
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Cəmiyyət 17:15
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Balıq ovu aprelin 1-dən qadağan edilir
Cəmiyyət 17:07
Balıq ovu aprelin 1-dən qadağan edilir
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 16:38
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol