Gənc oğlan öz dəfnində iştirak etdi…

23:38 | 21.06.2018
Gənc oğlan öz dəfnində iştirak etdi…

Gənc oğlan öz dəfnində iştirak etdi…

Paraqvayda yanmış halda meyiti tapılan gənc öz dəfnində ortaya çıxıb.
"Ölkə.Az” xəbər verir ki, oğlanın öz dəfnində iştirak etməsi ailəsinin və yasda iştirak edənlərin şok keçirməsinə səbəb olub.
Hadisə Paraqvayın şərqində baş verib. İki həftə əvvəl itkin düşən və yanmış meyiti tapılan 20 yaşlı Xuan Ramon Alfonso Penayo öz dəfnində iştirak edib.
Paraqvay polisi narko baronların nəzarəti altında olan regionda yanmış insan meyiti tapıblar. Polis ailəyə yanmış şəxsin itkin düşən oğulları olduğunu bildirib.
Ailə dəfn mərasimi keçirəndə isə gənc üzə çıxıb. Yanmış meyitin kimə aid olduğunu tapmaq üçün polis araşdırmaya başlayıb.

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb