Gəncədə baş verən hadisə zamanı orada olan jurnalist gördüklərini danışdı

12:50 | 14.07.2018
Gəncədə baş verən hadisə zamanı orada olan jurnalist gördüklərini danışdı

Gəncədə baş verən hadisə zamanı orada olan jurnalist gördüklərini danışdı

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Gəncədə bir qrup şəxs qanunsuz Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərib.
Radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti dünyasını dəyişib, bir polis əməkdaşı da yaralanıb. Hadisə günü 40 nəfər də saxlanılıb.

Minval.İnfo xəbər verir ki, hadisə günü orada olan telejurnalist Mahir Məmmədli gördükləri barəsində danışıb.

M.Məmmədli deyib ki, aksiyanı törətmək üçün oraya kənar bölgələrdən adamlar gətirilib: "Bu aksiyanın Gəncəyə, gəncəlilərə aidiyyəti olduğunu düşünmürəm. Oraya kənardan bir-bir adamlar gətirilib. Çünki toplu şəkildə gəlmək diqqət çəkə bilərdi. Hücrə kimi bir araya toplaşıblar. Hətta bir nəfər marketdən 10-dan çox çörək alıb. Bu da bu iddiaların həqiqiliyinə güc verir. Həmin gün 40-a yaxın adam saxlanılıb. Mən gecə maraqlandım ki, onların böyük hissəsi heç Gəncə sakini deyil. Hərə bir tərəfə qaçırdı. Buna görə də, saxlanılan adamlar arasında heç hadisəyə qarışmayanlar da ola bilər.
 
Qorxudan, səs-küydən qorxub qaçanların olması mümkündür”.

Telejurnalist polislərin öldürülməsi ilə bağlı da bəzi məsələlərə toxunub: "Həmin gün meydanda sakitlik idi, amma kütlə toplanmışdı. İlk olaraq "Ya Hüseyn” şüarı səsləndi və təxribat başladı. Bu onların şifrəli söz idi. Qəfil bəzi qadınlar çantalarından boşqab çıxardıb, polisə atmağa başladı. Hamının fikri buna qarışdı. Çünki gözlənilən bir şey deyildi. Polislərin də öldürülməsi həmin anda oldu. Birinin ürəyindən, digərinin belindən vurublar.

Əvvəlcə polis toplaşan adamlara yaxınlaşıb, nə üçün toplaşdıqlarını soruşurdular. Polislər hücum olacağını gözləmirdi. Gəncə polisi belə hadisəyə hazır deyildi. Hadisə baş verdi, 2 polis vuruldu, biri yaralandı, sonradan əraziyə tam hazırlıqlı polislər gəldilər, amma artıq gec idi”.

M.Məmmədli öldürülən polislərin təsadüfi seçilmədiyini deyib: "Onların məqsədi ən yüksək rütbəli polisləri öldürmək idi və orada olan iki yüksək rütbəli polis zabitini öldürdülər. Məqsədlərinə çatdılar”.

Yunis Səfərovun Elmar Vəliyevi güllələməsi hadisəsi ilə bağlı da danışan telejurnalist söyləyib ki, bu əvvəlcədən planlaşdırlmış cinayətdir və onun məqsədi orada olan polis əməkdaşlarını da güllələmək olub: "Yunis hadisədən əvvəl bildiyiniz kimi polis əməkdaşına hücum edib, armaturla başını yarıb və silahını oğurlayıb. Daha sonra qəsəbədə damda gizlənib. Ölkədən getməsi və sonra geri dönməsi ilə bağlı dəqiq məlumatım yoxdur. Yunis Elmarı Vəliyevi güllələyən zaman 3 güllə atıb. Onlardan heç biri Elmar Vəliyevi ölümcül yaralamayıb. Sadəcə icra başçısı qaçmağa çalışan zaman pilləkəndən yıxılıb və başı betona dəyib. Y.Səfərov 3 güllə atdıqdan sonra orada olan polis əməkdaşlarını da vurmaq istəyib. Sadəcə silah tutulub, atəş açmayıb. Olmasa istəyinə çatacaqmış”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM