Gəncədəki olaylara İsraildən SƏRT REAKSİYA

16:00 | 12.07.2018
Gəncədəki olaylara İsraildən SƏRT REAKSİYA

Gəncədəki olaylara İsraildən SƏRT REAKSİYA

Gəncədə baş verən qanlı iğtişaş İsraildə yaşayan soydaşlarımızı da narahat edib.

Məsələ ilə bağlı "Azİz" İsrail, Azərbaycan Beynəlxalq Assosiasiyasının icraçı direktoru Lev Spivak fikirlərini publika.az-la bölüşüb.

O, fikirlərini belə ifadə edib:

"Şəxsən mənim üçün səbəb nə olursa-olsun insan qətli qəbuledilməzdir. Bura istər siyasi, istər, şəxsi, istərsə də dini səbəblər aiddir. Mütləq və mütləq alternativ daha humanist yollar var. Bu vəziyyətə çatmış insanın havadarlarları olduğunu düşünürəm. Mən mediadakı bütün məlumatlarla tanış oldum. İsraildəki həmvətənlərimiz də narahatdırlar. Düşünürəm ki, bu, çox pis siqnaldır. O deməkdir ki, profilaktik tədbirlər görülməlidir. Bundan sonra diqqətli olmaq, təhlükəsizlik tədbirlərini gücləndirmək lazımdır. Bu qətli törədən insanları dəstəkləyənlər isə ümumiyyətlə nə düşünürlər? Ümid edirəm dövlət təhlükəsizlik xidməti bütün problemləri həll edəcək. Dünyasını dəyişmiş qanun keşikçilərinə isə Allahdan rəhmət diləyirəm".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM