• $ 1.7
  • € 2.0021
  • ₽ 0.020531
  • ₺ 0.0411
  • £ 2.3146

“Gənclər kitab oxuyur" layihəsinin təqdimatı keçirildi

“Gənclər kitab oxuyur
13.05.2017 12:05
Azercell Telekom MMC-nin mütaliə sevərlər üçün təqdim etdiyi "Gənclər kitab oxuyur" layihəsinin təqdimatı baş tutdu. Mayın 12-də Gənclik Mall TM-də yerləşən Starbucks kafesində keçirilən təqdimat mərasimində layihədə qiraətçi qismində iştirak edən 11 nəfər gənc tamaşaçılara təqdim olundu.
 
Təqdimatda iştirak edən Azercell şirkətinin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya lahiyənin məqsədi, gözləntiləri barədə öz fikirlərini bildirdi: "Əlinə kitab alıb otağın bir küncündə yerini rahatlayıb oxuyan insanların sayı get-gedə azalır. Yeni texnologiyalar, müasir cihazlar, ən əsası isə İnternet həyatımıza elə sürətlə daxil olub təməl salır ki, köhnə faydalı vərdişlərə artıq vaxt qalmır. Odur ki, kitabı yaşatmaq üçün onu müasir həyata uyğunlaşdırmalıyıq. Bu layihədə məqsədimiz onlayn kitab oxumağı təbliğ etmək, mütaliə mədəniyyətinə yeni çalar qatmaq və gənc azərbaycanlı yazarlara özlərini tanıtmağa kömək etməkdir. Bununla yanaşı, oxu günlərində şəhərimizin sakinləri və qonaları xoş asudə vaxtı keçirmək, həm tanınmış, həm də gənc yazarlarla görüşmək imkanı qazanacaqlar. Bu layihədə bizə məkan və təşkilatı dəstək təqdim etdiyinə görə Starbucks Azərbaycan şəbəkəsinə təşəkkür edirik”.
  
Tədbirin qonağı Yazıçılar İttifaqının Yaradıcılıq üzrə katibi İlqar Fəhmi də kitabın və mütaliənin əhəmiyyəti və dəyərini vurğulayaraq layihə haqda öz arzu və fikirlərini bölüşdü.
 
Xatırladaq ki, layihədə qiraətçi qismində iştirak edən gənclər müsabiqə yolu ilə seçiliblər. Belə ki, 18-29 yaş arası gənclər özləri haqqında qısa məlumat, foto və səs nümunələrini Azercell-ə təqdim edərək, müsabiqədə iştirak ediblər. Ən yaxşı qiraətçilər "Gənclər kitab oxuyur” layihəsi çərçivəsində publika qarşısında kitab oxumaq imkanı qazanıblar.  
Layihə çərçivəsində təşkil olunacaq oxu günlərində onlayn kitabxanaya daxil olan əsərlər həftədə bir dəfə gənc qiraətçilər tərəfindən "Starbucks Azerbaijan”nın Gənclik Mall-da yerləşən kafesində oxunacaq. Kafeyə giriş sərbəst olacaq, oxu günləri haqqında əlavə məlumat Azercell-in Facebook səhifəsində dərc olunacaq.
 
















 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti rekord səviyyəyə çatıb
İqtisadiyyat 23:35
Qızılın qiyməti rekord səviyyəyə çatıb
"KazMunayQaz" BTC ilə neft ixracını bərpa edib
İqtisadiyyat 14:55
"KazMunayQaz" BTC ilə neft ixracını bərpa edib

Yelo Bank-dan KOB-lara faizsiz dəstək!
İqtisadiyyat 14:29
Yelo Bank-dan KOB-lara faizsiz dəstək!
Bakıda bir nəfər orta hesabla məhsullara 494 manata yaxın pul xərcləyib
İqtisadiyyat 14:21
Bakıda bir nəfər orta hesabla məhsullara 494 manata yaxın pul xərcləyib
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb
İqtisadiyyat 13:28
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb
Paytaxda bu il 20 milyard manatdan çox məhsul satılıb
İqtisadiyyat 13:25
Paytaxda bu il 20 milyard manatdan çox məhsul satılıb
Biirnci yarımildə ölkənin xalis maliyyə aktivləri artıb
İqtisadiyyat 12:35
Biirnci yarımildə ölkənin xalis maliyyə aktivləri artıb
Bakıda orta əməkhaqqı 1400 manata yaxınlaşır
İqtisadiyyat 12:32
Bakıda orta əməkhaqqı 1400 manata yaxınlaşır
Bayramov Büdcə Məcəlləsinin hazırlanmasını təklif edir
İqtisadiyyat 11:23
Bayramov Büdcə Məcəlləsinin hazırlanmasını təklif edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol