Gəzinti kateri aşdı - 17 ÖLÜ

08:51 | 21.07.2018
Gəzinti kateri aşdı - 17 ÖLÜ

Gəzinti kateri aşdı - 17 ÖLÜ

ABŞ-ın Missuri ştatındakı Teybl Rok gölündə gəzinti katerin aşması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Daha əvvəl hadisə zamanı 13 nəfərin həlak olduğu qeyd edilirdi. Dairənin şerifi Staoun bildirib ki, ölənlərin sayı daha 4 nəfərin cəsədinin tapılmasından sonra artıb. Onlar itkin düşmüş sayılırdı.

Hadisə zamanı katerdə olan daha 7 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri ağır vəziyyətdədir.

Qəzaya uğrayan katerin içində 31 nəfər olub. Hadisəyə güclü küləyin səbəb olduğu fırtına ehtimal edilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb