"Avqustun 17-də bəzi internet resurslarında və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsi, onun rəhbərliyi və gömrük orqanları haqqında yenə də əsassız, məqsədli şəxsin təxəyyülünün məhsulu olan böhtan xarakterli məlumat yayılıb”.
"Qafqazinfo” xəbər verir ki, bu, Komitənin açıqlamasında qeyd olunub.
Komitə həmin məlumatda ifadə edilən "etibarlı mənbə”, "vətəndaşlar bildirir ki”, "əldə etdiyimiz məlumata görə” kimi qeyri-müəyyən mənbələrin artıq tarixdə qaldığını və şəxsi təxəyyül olduğunu açıqlayıb:
Məlumatın sonunda əlavə edilən videotəsvirlərdə əks olunan hadisələr isə gömrük zonasından kənarda, postun qarşısında baş verir və həmin ərazi gömrük zonası deyil. Bu ərazidə baş verənlərə görə gömrük orqanları cavabdehlik daşımır. Gömrük zonası mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin həyata keçirildiyi yerdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !