“Green Card” qalibi Azərbaycandan Amerikaya getmək üçün qız axtarır

16:08 | 23.02.2019
“Green Card” qalibi Azərbaycandan Amerikaya getmək üçün qız axtarır

“Green Card” qalibi Azərbaycandan Amerikaya getmək üçün qız axtarır

Ötən il "Green Card" udan, yəni ABŞ-da yaşamaq üçün keçirilən lotereyada qalib olan azərbaycanlı gənc kağız üzərində formal nikaha daxil olmaq üçün subay qız axtarır. Qızın 28 yaşınadək olması şərt kimi irəli sürülüb.

Anews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu haqda Kanadada yaşayan azərbaycanlılardan biri "Facebook" qrupunda paylaşım edib. Sosial şəbəkədə yayılan məlumatda "Green Card" qalibi olan şəxsin belə addım atmasının səbəbi izah olunub. Qeyd olunub ki, Amerikada yaşamaq icazəsi olan şəxsin bu yola əl atmasında məqsədi sənədləşmə və digər xərcləri ödəməməkdir.

"Amerikaya getdikdən sonra isə həmin qız şəxsi həyatı ilə bağlı qərarlarını özü verəcək. Bundan sonra o istəsə Amerikada, istəsə də Kanadada qala bilər" - deyə  qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb