Gürcüstanda qaçırılan 17 yaşlı azərbaycanlı qız ailəsinə qayıtmaqdan imtina etdi

08:45 | 20.10.2018
Gürcüstanda qaçırılan 17 yaşlı azərbaycanlı qız ailəsinə qayıtmaqdan imtina etdi

Gürcüstanda qaçırılan 17 yaşlı azərbaycanlı qız ailəsinə qayıtmaqdan imtina etdi

Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində qaçırılan 17 yaşlı azərbaycanlı qız ailəsinə qayıtmaqdan imtina edib.

Anews.az "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yeniyetmə qız psixoloq, vəkil və Ombudsman aparatının nümayəndəsinin iştirakı ilə sorğu-sual olunub. Qız onu qaçırdan şəxsin həmkəndlisi olduğunu qeyd edərək, öz istəyi ilə qaçırıldığını bildirib.

 


Yeniyetmənin sözlərinə görə, valideynləri onun həmin şəxslə ailə həyatı qurmasına qarşı olub. Qız qaçırılmağına razı olduğuna görə valideynlərindən psixoloji və fiziki təzyiqə məruz qala biləcəyini deyib. Buna görə də o, polis tərəfindən xüsusi sığınacağa yerləşdirilib.

Qeyd edək ki, 17 yaşlı H.M. adlı qız oktyabrın 12-də Ləmbəli kəndində yaşadığı evdən qaçırılıb. Polis yeniyetməni oktyabrın 18-də Marneuli rayonunun Candar kəndində aşkar edib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb