Gürcüstandan avtomobil idxalı artıb - Hesabat

18:00 | 19.06.2018
Gürcüstandan avtomobil idxalı artıb - Hesabat

Gürcüstandan avtomobil idxalı artıb - Hesabat

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 2786 ədəd avtomobil idxal edib.

APA xəbər verir ki, idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

Hesabat dövründə qonşu ölkədən idxal olunmuş avtomobillərin ümumi dəyəri 54 mln. 099 min dollar təşkil edib. İdxal olunmuş avtomobillərin dəyəri ötən illə müqayisədə 3,7 dəfə çox olub.

Ötən ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 dollar dəyərində 556 ədəd avtomobil idxal olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb