Hacıbala Abutalıbovun İSTEFASI ilə bağlı - AÇIQLAMA

11:57 | 21.04.2018
Hacıbala Abutalıbovun İSTEFASI ilə bağlı - AÇIQLAMA

Hacıbala Abutalıbovun İSTEFASI ilə bağlı - AÇIQLAMA

Hacıbala Abutalıbovun istefa verməsi yalan xəbərdir. Elə şey olar? 23 apreldə Formula-1 yarışları başlayır, belə məqamda başçının istefa verməsi necə mümkün ola bilər?
Bu sözləri Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən icra başçısı Hacıbala Abutalıbovun istefa verməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyiblər.
Meriya sözçüsünün sözlərinə görə, həftənin birinci günündən etibarən start götürəcək Formula-1 yarışlarına görə Bakı şəhər İcra Hakimiyyəti fasiləsiz olaraq işləyir:
"Hacıbala müəllim hazırda da iş başındadır. Məlumat tamamilə yalandır. Yarışlar ərəfəsinə icra hakimiyyəti fasiləsiz çalışır. Eləcə də Hacıbala müəllim həftə sonları da iş başında olur və hazırda da işdədir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb