Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli yeni doğulan uşaqlara verilən birdəfəlik müavinətin artırılmasını təklif edib.
Parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən komitə sədri bildirib ki, ölkədə təbii artım ilbəil çoxalsa da, demoqrafik tənzimləmə baxımından son illər doğuşda ciddi azalma müşahidə olunur.
"Əgər 2011-ci ildə 176 min 72 uşaq dünyaya gəlmişdisə, 2017-ci ildə bu rəqəm 144 min 41 olub. Bu ilin 9 ayının göstəricisi xoşagələn deyil. Burada 103 min rəqəmi bizi düşündürür”, - deyə H.Rəcəbli vurğulayıb./olke.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !