Anews.az xəbər verir ki, bu barədə matç.az saytına açıqlamasında Poltavada yaşayan azərbaycanlı iş adamı Mais Şıxəliyev məlumat verib.
O bildirib ki, 30 yaşlı idmançının gənclik illərində Ukraynaya qısamüddətli səfəri onun gələcəyinə işıq saçıb. Atası Poltavadakı universitetlərdən birində oxuyan və əmisi bu şəhərdə yaşayan məşhur döyüşçünün də yolu burdan keçib.
"Həbib uşaq və gənclik illərində məşqlərini Dağıstanda keçib. Sonradan Poltavaya gəldi. Məqsədi o idi ki, burda daha yaxşı hazırlıq keçsin və yerli vətəndaşlığını alsın. Amma ona Ukrayna vətəndaşlığını vermədilər. İlk döyüşünə getməzdən əvvəl burda 3-4 ay güclü məşq etdi. Hətta azərbaycanlıların Poltavadakı restoranı bu müddətdə ona havayı yemək verdi", - deyən Şıxəliyev həm də Nurməhəmmədovu vaxtilə ABŞ-a necə yola saldığını xatırlayıb: "Həbibi ilk döyüşü üçün ABŞ-a biz yola salmışıq. Əmisi ilə birlikdə onun biletini aldıq, göndərdik. Hətta söhbət də etdik. Soruşdum ki, ilk peşəkar döyüşün olacaq, özünü necə hiss edirsən? Çünki rəqibi peşəkar idmançı idi. Amma cavabında dedi ki, onu məhv edəcəm. Belə də oldu, qələbə qazandı".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !