Həbib tərəfindən döyülən məşqçi erməni imiş - VİDEO

11:39 | 08.10.2018
Həbib tərəfindən döyülən məşqçi erməni imiş - VİDEO

Həbib tərəfindən döyülən məşqçi erməni imiş - VİDEO

UFC kəmər sahibi Konor Makqreqorun məşqçisi, Braziliya cui-citsusu üzrə dünya çempionu Dillon Danis ermənidir. 

Oxu.Az "Rusarminfo”ya istinadla xəbər verir ki, Danis 1993-cü il avqustun 22-də Nyu-Çersidə anadan olub.

2016-cı ildən Makqreqorun məşq komandasına rəhbərlik edir. 

"Çoxları bilmir, ancaq mən erməniyəm. Mən fəxr edirəm ki, bu ölkəni təmsil edirəm”, - Danis hələ 2016-cı ildə deyib.

Xatırladaq ki, bazar günü qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov Las-Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı Konor Makqreqora qalib gəlib. 

Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Dillon Danisi onun dinini təhqir etdiyinə görə döyüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb