Həbibdən ona bu sualı verən jurnalistə qarşı gözlənilməz hərəkət

14:06 | 19.12.2018
Həbibdən ona bu sualı verən jurnalistə qarşı gözlənilməz hərəkət

Həbibdən ona bu sualı verən jurnalistə qarşı gözlənilməz hərəkət

Mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovla ondan müsahibə alan "ura.ru" saytının jurnalisti arasında qalmaqal baş verib. 

Anews.az publika.az-a istinadla xəbər verir ki, Nurməhəmmədov ondan oktaqona Rusiya bayrağı ilə çıxmamasını soruşan jurnalistə sərt reaksiya verib. "Mən həmişə çıxıram. Ölkənin bayrağı ekranlarında nümayiş etdirilib. Bütün xarici azarkeşlər və döyüşçülər onu rus adlandırırlar, çünki Qafqaz, Çeçenistan və Dağıstan haqqında bilmirlər. Hətta xarici döyüşçülər mənim haqqımda danışırlar ki, mən rusam. Ona görə ki, onlar üçün biz bir millətik, onlar üçün biz bir insanlarıq. Ən vacibi odur ki, bizim insanlarımız bizi bölməsinlər. Məsələn, sizin kimi. Mənə belə axmaq suallar verməyin. Orada, xaricdə bizi heç kim bölmür. İçəridəki insanlar bölürlər, istəyirlər ki, biz bölünmüş olaq. Ona görə də söhbəti dəyiş, gəlin siyasət haqqında deyil, idman haqqında danışaq. Əgər səndə normal suallar varsa, onları verməyə davam edə bilərsən", - Nurməhəmmədov deyib. Qeyd edək ki, dağıstanlı idmançının son təkbətək döyüşü oktyabrın 7-də baş tutub və o, Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb