Həbs edilən Adnan Oktar kimdir? - DOSYE

10:42 | 11.07.2018
Həbs edilən Adnan Oktar kimdir? - DOSYE

Həbs edilən Adnan Oktar kimdir? - DOSYE

Bu gün İstanbulda tanınmış din alimi Adnan Oktar və onun qruplaşmasının 235 üzvünün yaxalanması ilə bağlı qərar qəbul edilib. 

GoldNews.Az xəbər verir ki, din adı altında əxlaqsız hərəkətlər edərək insnların mənəviyyatına toxunan Adnan Oktar 2 fevral 1956-cı ildə Ankarada dünyaya gəlib. 

Adnan erkən yaşlarda atasını itirib. İbtidai və orta təhsilini Ankarada başa vurub. 1979-cu ildə İstanbuldakı Dövlət İncəsənət Akademiyasındakı Memarlıq fakültəsinə daxil olub. Bir müddət sonra akademiyadan ayrılan Adnan daha sonra İstanbul universiteti Ədəbiyyat Fakültəsi Fəlsəfə və Tarix ixtisasında təhsilini davam etdirib. Oktar bu təhsilini də yarımçıq qoyub.

Harun və Yəhya peyğəmbərlərin adlarından yaratdığı Harun Yəhya adıyla bir çox kitab yazan Oktar ateizm, darvinizm və sionizmə qarşı olan dini baxışları ilə tanınır. Adnan "kedicikler" olaraq bilinən qadınlarla tez-tez gündəmə gəlir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM