Heydər Əliyev hava limanında qəza enişi - RƏSMİ

21:49 | 11.12.2017
Heydər Əliyev  hava limanında qəza enişi - RƏSMİ

Heydər Əliyev hava limanında qəza enişi - RƏSMİ

"British Airways” aviaşirkətinə məxsus və Mumbay-London aviareysi üzrə uçan "Boeing 777” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib.
 
Bu barədə "APA-Economics”ə hava limanının mətbuat xidmətindən məlumat verilib.
 
Qəza enişinə səbəb təyyarənin kabinəsində tüstülənmənin baş verməsidir.
 
Bildirilir ki, təyyarədə 135 sərnişin və 17 ekipaj üzvü var.
 
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan təyyarəyə baxış keçirilir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM