Heyvanlara işgəncə verənləri 5 il həbs gözləyir - Qanun

13:40 | 19.11.2018
Heyvanlara işgəncə verənləri 5 il həbs gözləyir - Qanun

Heyvanlara işgəncə verənləri 5 il həbs gözləyir - Qanun

Türkiyənin Ədalət və İnkişaf Partiyası heyvan haqları ilə bağlı qanunlara dəyişiklik təklif edib.

Layihədə heyvanlara işgəncə verənlərə 1 ildən 5 ilə qədər həbs cəzası verilməsi nəzərdə tutulur.

Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı əsasında edilən dəyişiklikdə bu maddələr yer alıb:

— Bütün heyvanlar çipli, yəni "şəxsiyyət vəsiqəli” olacaq. Həmin çipdə heyvanın adı, yaşı, əgər varsa, sağlamlığına dair məlumatlar yer alacaq,

— Heyvanlara işgəncə edənlərə 1 ildən 5 ilə qədər həbs cəzası veriləcək,

— Ev heyvanını küçəyə atanlar cərimə ödəyəcək,

— Heyvan sığınacaqları üçün standart tədbirlər görüləcək.
 
publika.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb