Huffington Post: Sekulyar müsəlman cəmiyyətində çoxinanclı model tapmaq

15:09 | 26.08.2016
Huffington Post: Sekulyar müsəlman cəmiyyətində çoxinanclı model tapmaq

Huffington Post: Sekulyar müsəlman cəmiyyətində çoxinanclı model tapmaq

Bir müddət əvvəl məşhur Amerikan qəzeti "Huffington Post”da Simon Vizental Mərkəzi rəhbərinin köməkçisi ravvin Abraham Kuperin Azərbaycandakı inanclararası tolerantlıqdan bəhs edən məqaləsi yayımlanıb. Məqalədə bir çox vacib məqamlara toxunulub, materialı təqim edirik:

44 il əvvəl mən Yəhudi ali müqəddəs günlərini Sovet İttifaqında qeyd edirdim. Soyuq Müharibə qızışırdı və Brejnevlə Kosıginin idarəçiliyi altındakı rəsmi ateist cəmiyyətində inanclılara zorla dözümlülük göstərirdülər. Sinaqoqların, kilsələrin və məscidlərin bir çoxu ya qapadılmış, ya da dağıdılmışdı. 

Moskvadakı Xor Sinaqoqunda Yom Kippurun fəaliyyəti olduqca emosional, ancaq depressiv təcrübə idi.  İki tiran – Hitler və Stalindən qalma xatirələrdən xəbərdar olan bu şəxs iki gənc amerikalı yəhudini görəndə, göz yaşlarını saxlaya bilməmiş, ancaq yaxınlaşmağa cürət etməmişdi, hələ də gözdə-qulaqda olan KQB onu xaricilərlə əlaqədə olmaqda ittiham edə bilərdi. 

Ömür dostum David Koeninsberq və mən Sukkot festivalını o vaxtkı Azərbacan SSR-nin günəşli paytaxtında qeyd etdik. Orada biz nasistlərin təqiblərindən qaçan Polşa yəhudilərindən tutmuş, 2500 il əvvəl Solomon məbədinin dağılmasından bəri öz ulularının yolunu izləyən yəhudilərlə rastlaşdıq. Ancaq bütün dinləri məhv etməyə və bütün inancları dağıtmağa çalışan Kommunizmin dəmir yumruuğundan yayınmaq hələ də çətin idi. 

Amma, 2016-cı il bizə tamamilə dəyişmiş bir dünyanı təqdim edir. "Allahsız” Sovet İttifaqı indi qeyblərə qarışıb və bu gün bir çox insanlar üçün "Soyuq Müharibə” anlayışı tarix testindəki çoxsaylı suallardan sadəcə biridir. 

Dəmir Barmaqlıqların mövcud olduğu qaranlıq günlərdə din və din xadimləri insan hüquqları uğrunda mübarizədə işıq və ümid rolunu öhdəsinə götürmüşdülər. 2016-da isə din işıq və ümiddən daha çox və tez-tez münaqişələrin tətikləyicisi, ayrı-seçklik və zorakılıq, hətta zorlama və terrorçuluq mənbəyi kimi qəbul edilir.  

İndi Simon Vizental mərkəzinin 40-cı ildönümündə mən həyatımı dünyada nifrət və sosial ədalətsizliyin yayılmasının qarşısını almaq işinə yönəltmişəm: insanlığın tarixi faktlardan dərslər almasına yönəltmək, insan məxluqunun necə iblisliklərə qadir olduğunu xatırlatmaq istəyirik. Ən vacibi isə tolerantlıq və qarşılıqlı hörmət anlayışı mühitini qurmaq üçün məsləhətçilər və partnyorlar tapmaq istəyirik. 

Mən çoxlarından daha şanslı olmuşam: yəhudi rədçilərin (dini inancına, baxışlarına görə ölkədən qovulmuşlar, SSRİ-də yəhudilər və s.) hakimiyyətə gəldiklərini və öz mənəvi irslərinə sahib çıxdıqlarını görmüşəm: Nasist ovundan qaçan Simon Vizentalı tanımışam, ondan öyrənmişəm, Roma Papası II Yohan Pavellə onun şəxsi hücrəsində söhbətləşmişəm və onun ölümündən əvvəl həyatın qiymətini dərk etmişəm: müxtəlif inancları özündə birləşdirmiş İndoneziya prezidenti Vahidi tanımışam. 

Və bir gün mənim qlobal miqyasdakı mötədillər və partnyorlar axtarışım məni bugünkü müstəqil Azərbaycan Respublikasının paytaxtına gətirdi. Zəif tərəflərinin olmasına baxmayaraq, müsəlman çoxluqlu bu ölkə multikulturalizmi və vətəndaşlarının Cümə, Şənbə, Bazar günlərini öz istəklərinə uyğun olaraq ibadət evinə sülh, dinclik içində gedib-gəlmələrini təmin etmək hüquqlarını əsas tutub. Bu ölkənin 2016-cı ili multikulturalizm ili elan etməsi necə də maraqlıdır. 

Mən bu yaxınlarda Azərbaycan Hava Yollarıyla Tel-Əvivdən Bakıya səyahət etdim. Bu ölkə İsrailin çətin günlərində onunla çiyin-çiyinə dayanıb. Ölkə daxilində və xarici siyasətdə bu özünəməxsus və ardıcıl yanaşma ona tarixən və bu gün müsbət xüsusiyyətlər qazandırıb. Bir əsrə yaxın Sovet zindanında olmasına baxmayaraq, Azərbaycan tarixən olduğu kimi yəhudilərin və xristianların təhlükəsizlik cənnəti olmağı bacarıb, müstəqillik qazandığından bu yana İsrailin və ABŞ-ın ən sadiq və risk edən dostlarından biri olub.  

Mənim qəhrəmanlarımdan biri qarşılıqlı inanc harmoniyasının və tolerantlığın təşviqatçılarından biri, Azərbaycanın multikulturalizm üzrə  dövlət müşaviri, hörmətli elm adamı Dr. Kamal Abdullayev mənimlə söhbət edərkən dedi: "Fərqlilik harmoniyasını uğurunun dövrü nəticələri var: Çərçivə demokratiyayla birlikdə formalaşacaq qədər güclü oldu, bu platforma bizə sağlam mühit yaratmağa, coğrafiya nə qədər yaxın olsa da, radikallığı özümüzdən uzaq tutmağa müvəffəq olmuşuq”. 

Artan zorakılığa, nifrət və terrorçuluğa qarşı şüurlu həmrəylik konsepti bu gün həyatı əhəmiyyət kəsb edir. O birlik ki, təkcə bizim dəyərlərimizi əldə rəhbər tutmur, həm də gəncləri bir-birlərinə qarşı qızışdırmayacaq, nifrət doğurmayacaq inanclararası dialoqu qurmağa töhvə verir. 

Qlobal miqyasda biz yeni öyrənmə meylləriylə çarpışırıq, çünki Sosial Şəbəkə platformaları real vaxtda bazardakı ideyaları və yanaşmaları dəyişdirir. 

Azərbaycan ideal variant deyil: ancaq o düzgün yoldadır. İraqda xristianlar etnik təmizlənməyə məruz qaldığı, İranda bahayilər edam edildikləri, İŞİD-in orta əsr barbarlıqları törətdiyi bir vaxtda biz dini azlıqlara hörmət edən və təhlükəsizliklərini təmin edən liderin cəsurluğundan çox şey öyrənə bilərik. 
 
Mənbə: http://www.huffingtonpost.com/entry/finding-a-multifaith-model-in-a-secular-muslim-society_us_57bcc1a9e4b007f1819a1b04

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb