İbrahim Tatlısesdən DOLLAR AÇIQLAMASI

10:14 | 13.08.2018
Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses dolların sürətlə bahalaşmasına münasibət bildirib.

BAKU.WS "haberler”ə istinadən xəbər verir ki, bu barədə İbo sosial hesabında yazıb. O, "Twitter” hesabına qeyd edib ki, dolların bahalaşıb, ucuzlaşması ilə Türkiyəyə heç bir şey olmaz.

"Çox hörmətli Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğana inamım böyükdür. İqtisadiyyatımızın onun siyasəti sayəsində inkişaf edəcəyinə və güclənəcəyinə inanıram. Bu ölkə nələr gördü, çətin günlər də keçəcək. Dolların ucuzlaşıb-bahalaşması ilə bu vətənə, bu dövlətə heç bir şey olmaz”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə ABŞ dolları sürətlə ucuzlaşır. Hətta bu gecə dollar 7,21 lirəyə düşmüşdü. Sonradna yenidən 6,7 lirəyə qalxıb.
 


www.anews.az