İclasdan qayıdan Putin yolüstü aptekə girdi

21:55 | 16.11.2018
İclasdan qayıdan Putin yolüstü aptekə girdi

İclasdan qayıdan Putin yolüstü aptekə girdi

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda iclasdan qayıdarkən yolüstü Puşkin rayonundakı əczaxanalardan birinə baş çəkib.
Prezidenti səhiyyə naziri Veronika Skvortsova və Peterburqun müvəqqəti qubernatoru Aleksandr Beqlov müşayiət edib.
Putin ilkin tibbi ehtiyac zamanı lazımi dərman vasitələrinin olub-olmaması və qiyməti ilə maraqlanmaq üçün aptekə gəldiyini bildirib. Əczaçı rayonun tarixi görünüşü səbəbindən burada aptekin olduğunu bildirən qırmızı xaç işarəsini qoya bilmədiklərindən şikayətlənib. Beqlov tezliklə məsələni yoluna qoyacağını söyləyib.
Prezidentin ətrafına toplanmış gənclərdən biri ona "Elə bildik, xəstələnmisiniz” deyib. Prezident isə cavabında "Yox, Allaha şükür” deyib. (Qafqazinfo.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb