IDEAL ikinci ən böyük filialını müştərilərin xidmətinə verdi

4 mart
2018-cı ildə "İDEAL MMC” Nefmall ticarət mərkəzində Azərbaycanın və bütün
Qafqazın ən böyük, MDB ölkələri və Avropada isə sahəsinə görə ilk beşliyə
daxil olan parfüm və kosmetika mağazasını müştərilərin istifadəsinə verdi.
Yeni
filialın açılışına Azərbaycanın tanınmış bloggerləri və jurnalistləri də
qatıldılar. Tədbirin iştirakçılarına "Ideal perfumery &
cosmetics” mağazalar şəbəkəsinin rəhbərliyi tərəfindən dəyərli
hədiyyələr təqdim edildi. Filialda stilist-vizajistlər xanımları xarici
kosmetika brendlərinin yeni məhsulları ilə tanış etdilər.
Yeni mağaza "Nefmall”
ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşir. Mağazanın dizaynında ağ-qara
rənglərin yüksəksəviyyəli işıqlandırılmasında Avropanın qabaqcıl ətir və
kosmetika brendləri, dəb və dizayn dünyasının ən yeni texnologiyaları ilə vəhdət
təşkil edir.
Burada
dünyanın ən seçmə markalarının təqdim etdiyi ətriyyat, dəri üçün qulluq
vasitələri, kosmetika və aksesuarlar təqdim edilib.
Niş ətirlərin
pərəstişkarları da diqqətdən kənarda qalmayıb. Onlar üçün də brend və çeşid
bolluğu mağazada öz əksini tapıb. Yeni filialın
əvvəlkilərdən fərqi ondadır ki, burada yerli brendlərin sayı artıb.
Qeyd edək ki,
"İdeal” mağazalar şəbəkəsi, nəinki təklif etdiyi məhsulların çeşid bolluğu, həmçinin
təqdim olunan münasib qiymətlərlə də müştərilərin qəlbini fəth edəcək. Hazırda "İdeal”ın
bütün filiallarında 8 Mart Qadınlar Bayramı münasibətilə kampaniya keçirilir.
Bildirmək
istərdik ki, İDEAL yalnız özünü təsdiq etmiş təchizatçılarla əməkdaşlıq edir və
müştərilərinə yalnız orjinal məhsullar təqdim edir.
Həmçinin
dünyada məşhur olan M.A.C brendinin Azərbaycanda yeganə rəsmi təmsilçisidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər