İki atletimiz Avropa çempionatının Finalında

19:42 | 10.08.2018
İki atletimiz Avropa çempionatının Finalında

İki atletimiz Avropa çempionatının Finalında

Azərbaycan atletləri - Nazim Babayev və Aleksis Kopello Almaniyanın paytaxtı Berlində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıblar.
 
Report xəbər verir ki, hər iki idmançı üçtəkanla uzunluğa tullanma yarışında finala yüksəliblər. Kopello ən yaxşı - 16,82 metr göstərici ilə bütün rəqiblərini geridə qoyub. Babayev isə 16,54 metr nəticə ilə 9-cu olub və həlledici mərhələyə adlayıb.
 
Qeyd edək ki, üçtəkanla tullanma yarışının finalı avqustun 12-də təşkil olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM