İki hərbi helikopter qəzaya uğradı: Ölənlər var - VIDEO

Fransada iki hərbi helikopter qəzaya uğrayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, insident ölkənin cənub-şərqində yerləşən Var departamentində, Sen-Trope kurort şəhərindən 50 kilometr məsafədə yerləşən Karsez gölü yaxınlığında yerli vaxtla səhər saat 10 radələrində qeydə alınıb.
Qəza zamanı 5 nəfər həlak olub, bir nəfərin isə taleyi məlum deyil, onun axtarışına üç helikopter cəlb olunub. Qəzanın səbəbi araşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər