İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət etdi

10:13 | 12.12.2018
İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət etdi

Prezident İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Anews.az xəbər verir ki, ölkə başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib. 

Prezident və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. 
Anım mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfatından 15 il keçir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM