İlham Əliyev Parisdə mühüm görüşlər keçirdi

14:24 | 20.07.2018
İlham Əliyev Parisdə mühüm görüşlər keçirdi

İlham Əliyev Parisdə mühüm görüşlər keçirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Parisdə "Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə tərəflər arasında maraqlı fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə "Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.

Görüşdə Azərbaycanla "Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə "İveco France” şirkətinin prezidenti, "İveco Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşüb.

Görüşdə SADE şirkətinin Azərbaycanda "Ağıllı Şəhər” layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə olundu. Patrik Lölo bildirdi ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.

Prezident İlham Əliyev SADE şirkətinin Azərbaycanda fəaliyyətinin dəstəkləndiyini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, meliorasiya sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM