İlham Əliyevdən kadr dəyişikliyi - RƏSMİ

16:20 | 17.05.2018
İlham Əliyevdən kadr dəyişikliyi - RƏSMİ

İlham Əliyevdən kadr dəyişikliyi - RƏSMİ

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xaləddin İsgəndərovun Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Xaləddin Şahmar oğlu İsgəndərov 5 noyabr 1962-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. 1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər kimi başlayıb. 1984-1985-ci illərdə Qubadlı rayonu İstehlak Cəmiyyətində sədr müavini, 1987-1991-ci illərdə Abşeron rayonu təsərrüfat hesablı univermaqda əmtəəşünas, 1991-1992-ci illərdə Xızı rayonu İstehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri, 1992-2001-ci illərdə "Azər” təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışıb.

2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti olub.

2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi münasibətilə "Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xaləddin İsgəndərov sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb