İlham Əliyevin də qatıldığı toplantı başladı

10:15 | 13.12.2017
İlham Əliyevin də qatıldığı toplantı başladı

İlham Əliyevin də qatıldığı toplantı başladı

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısı keçirilir. İlk olaraq İƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb. 

Nazirlər bu gün təşkilatın Qüds məsələsi ilə bağlı keçiriləcək fövqəladə zirvə toplantısının gündəliyini və sonda qəbul ediləcək yekun qətnaməsini müzakirə edirlər.

Toplantıda iştirak etmək üçün bir neçə ölkənin rəhbəri Türkiyəyə gedib. Onların arasında Azərbaycan prezidenti İlham Əliyev də var. 

Toplantının sonunda Qüds ilə bağlı atılacaq addımları müəyyən etmək üçün "yol xəritəsi" hazırlanması nəzərdə tutulub. 

Qeyd edək ki, İƏT-in zirvə toplantısında ABŞ prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı və bu qərardan sonra yaranmış vəziyyət müzakirə olunacaq. 

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsarilin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyi haqqında qərar qəbul edib.






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM