Aprelin 11-də keçiriləcək prezident seçkisinə daha bir şəxs iddialıdır.
İctimai Tədqiqatlar Mərkəzi İctimai Birliyinin katibliyindən "Qafqazinfo”ya verilən xəbərə görə birliyin prezident seçkiləri ilə bağlı növbədənkənar toplantısı keçirilib. Toplantıda qurumun sədri İlqar Altayın (Məmmədov) prezidentliyə namizədliyi ilə bağlı müzakirələr aparılıb. İclasda onun namizədliyini dəstəklənib. Müzakirələrin nəticəsi olaraq tanınmış hüquqşünas-alim, kriminalist-tədqiqatçı İlqar Altayın prezidentliyə namizədliyi irəli sürülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !