İmtahan nəticələri nə vaxt açıqlanacaq?

11:30 | 19.07.2018
İmtahan nəticələri nə vaxt açıqlanacaq?

İmtahan nəticələri nə vaxt açıqlanacaq?

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dünən I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının düzgün cavabları yaxın günlərdə açıqlanacaq.
 
Bu barədə AzVision.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib. O bildirib ki, həmçinin canlı yayım vasitəsilə abituriyentlərin sualları cavablandırılacaq.

"Bu gündən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Yaxın 2-3 gün ərzində imtahan nəticələri açıqlanacaq. Həmçinin iyulun 20-də həm "Facebook”, həm də "Youtube” vasitəsilə canlı yayımımız olacaq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM