In Trampı tənqid etdi

21:45 | 25.05.2018
In Trampı tənqid etdi

In Trampı tənqid etdi

Rəsmi Pxenyan ABŞ prezidenti Donald Trampın Kim Çen Inla sammiti ləğv etməsindən "təəssüflənir” və hesab edir ki, Amerika lideri belə bir addımı "inamsızlıq” və "iradəsizlikdən” atıb.

Anews.az-ın xəbərinə görə, bu barədə Şimali Koreyanın Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumatda sammitin ləğv edilməsinə səbəb olan "KXDR-in düşmənçiliyi”ndən danışılıb.

"Rəsmi Vaşinqton Şimali Koreyanın xarici işlər nazirinin müavini Çxve Son Xinin ABŞ-ın vitse-prezidenti Mayk Pensin KXDR-in "Liviya ssenarisinin” gerçəkləşəcəyinin mümkün olduğuna dair bəyanatını "axmaq fikirlər” adlandırdıqdan sonra hiddətlənib.

Pxenyan hesab edir ki, Trampın görüşü birtərəfli şəkildə ləğv etməsi gözlənilməz olub. ABŞ prezidenti bu addımı zəif xarakterli olduğu üçün atıb”, - deyə məlumatda bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb