Çində “ağıllı” piyada keçidləri yaradıldı

22:48 | 20.04.2018
Çində “ağıllı” piyada keçidləri yaradıldı

Çində “ağıllı” piyada keçidləri yaradıldı

Çinin Çuntsin şəhərinin mərkəzində üç ədəd "ağıllı” piyada keçidi qurulub. Bu keçidlər piyadaların təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub. 

Anews.az xəbər verir ki, bununla bağlı "Sixnua” agentliyi məlumat yayıb. 

Geomaqnit skanlaşdırma texnologiyasından istifadə etməklə keçidlər xüsusi işıqların köməyilə sürücüləri piyadalar barədə məlumatlandırır. 

Əgər avtomobil piyadaya 50 metrdən çox məsafədə yaxınlaşsa, audio-xəbərdarlıq səslənir. 

Kameralar isə keçiddə piyadaya yol verməyən avtomobilləri qeydiyyata alır. 

"Bu texnologiyanın köməyilə yolu keçmək daha təhlükəsiz olub”, - Fu soyadlı yerlı sakin deyib. 

Hər üç piyada keçidi şəhərin ən işlək yollarında yerləşir. Şəhərin bir çox yerlərində bu cür piyada keçidlərinin qurulması nəzərdə tutulur. 

Qeyd edək ki, Çində keçidlərin olması piyadaların onlardan faydalana biləcəyi anlamına gəlmir. Və ya əksinə, nəqliyyat vasitəsi olmayan yolun hər hansı hissəsi piyada keçidi kimi istifadə edilə bilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM