“Instagram”dakı yenilik etirazla qarşılandı

22:18 | 19.01.2018
“Instagram”dakı yenilik etirazla qarşılandı

“Instagram”dakı yenilik etirazla qarşılandı

Bir çox istifadəçilərin aktiv istifadə etdiyi "Instagram direct” xidmətinə yenilənmə gəlib.

Anews.az xəbər verir ki, bundan sonra insanlar yazışdığı şəxslərin sonuncu dəfə nə vaxt "Instagram”dan istifadə etdiyini biləcəklər.

Qeyd edək ki, bu yenilənmənin gəlməsi bir çox istifadəçiləri sevindirsə də, bunu etirazla qarşılayanlar da olub.

Ancaq məlumat üçün bildirək ki, bu özəlliyi bağlamaq mümkündür. Bu zaman siz də qarşı tərəfin sosial şəbəkədən nə vaxt istifadə etdiyini bilməyəcəksiniz.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb