İntihar edən ər və arvadın qohumu danışdı: "Elə birini rayona çatdırmışdıq ki…" - VİDEO

11:38 | 18.02.2019
İntihar edən ər və arvadın qohumu danışdı:

İntihar edən ər və arvadın qohumu danışdı: "Elə birini rayona çatdırmışdıq ki…" - VİDEO

Xəbər verdiyimiz kimi, Hacıqabulda ər və arvad eyni gündə intihar edib.

Anews.az ölkə.az-a istinadən xəbər verir ki, özünü asan Sahib Rəsulovun əmisi hadisə barədəsində danışıb.

"Biz yas mərasimində idik. Burada heyvan otaran uşaq gəlib dedi ki, belə bir hadisə baş verib. Gəlib gördük ki, bağda heyva ağacından kimsə özünü asıb. Yaxınlaşanda onun olduğunu gördük. Mərhumu Şirvana apardıq. Elə birini rayona çatdırmışdıq ki, yoldaşının da özünü evlərində asdığı xəbəri gəldi. Onların ayrılması isə düzgün xəbər deyil",- Rəsulov Maləddin bildirib.

Qeyd edək ki, 15 ildir birlikdə olmalarına baxmayaraq cütlük övlad sahibi ola bilməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb