İran ekstrasensindən qorxulu proqnozlar- VİDEO

12:22 | 18.04.2018
İran ekstrasensindən qorxulu proqnozlar- VİDEO

İran ekstrasensindən qorxulu proqnozlar- VİDEO

Məşhur İran öncəgörücüsü Mohsen Noruzi məhz o adamdır ki, uzaq dövlətin 44-cü lideri olan "qara adam”ın hakimiyyətə gəlməsi ilə dünya böhranının başlanğıcını proqnozlaşdırıb.

Anews.az-ın verdiyi xəbərə görə, həqiqətən də, Ağ Evin 44-cü başçısı Barak Obama oldu.

Çoxları bunu qorxulu bir əlamət kimi görməyə başladılar.

Noruzi əmindir ki, çətin iqtisadi vəziyyət 2020-ci ilə qədər davam edəcək və onun əsas nəticəsi kimi hərbi və siyasi sistemdə radikal dəyişikliklər baş verəcək.

Ekstrasens qeyd edib ki, ABŞ gələcəkdə dünyada təsirini itirəcək, Avropa isə öz mövqeyini qismən də olsa, qoruyub saxlaya biləcək.

Noruzinin dediyinə görə, üçüncü dünya müharibəsi artıq başlayıb.

2014-cü ili faciənin başlanğıcı adlandıran öncəgörücü bu faciənin Şərqdə başlayaraq dünyaya terror aktları şəklində yayılacağını bəyan edib.

Mohsen Noruzi tərəfindən proqnozlaşdırılan təbii fəlakətlər də öz təsdiqini tapıb. Belə ki, 2011-ci ildən bir çox ölkələrdə vulkan püskürməsi, daşqın və zəlzələlər təsirsiz ötüşməyib.


Ekstrasens deyir ki, gələcəkdə fəlakətlərin sayı artacaq. Lakin bəşəriyyətin insanlıq missiyası hələ yerinə yetirilmədiyi üçün Yer üzündə həyat çox uzun müddət davam edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM