İranda zəlzələ olub

12:55 | 26.05.2018
İranın cənub bölgəsində 3,8 bal gücündə zəlzələ baş verib.
 
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
 
Yerli vaxtla saat 05:08-də qeydə alınan yeraltı təkanların episentri Kirman şəhərindən 164 km cənubda, ocağı 24 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

www.anews.az

Xəbər lenti