İranın ən böyük hərbi gəmilərindən biri "Demavend”iki hissəyə bölünüb.
Oxu.Az-ın xəbərinə görə, bununla belə ölkə hökuməti iddia edir ki, gəmiyə yüngül ziyan dəyib.
Hadisə nəticəsində altı nəfər göyərtədən kənarda qalıb. Sonradan üç dənizçinin öldüyü bildirilib.
İran sosial şəbəkələrində yanvarın 17-də qəzaya uğramış döyüş gəmisinin görüntüləri yayılıb. Görüntülərə əsasən, bir həftə keçməsinə baxmayaraq, gəmi daşların üzərindən götürülməyib və onun bir hissəsi artıq suyun altına gedib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !