İranlı qadınlar 40 il sonra stadionda kişilərlə birlikdə matç izləyib.
Anews.az NBC News-a istinadən xəbər verir ki, İran dünən Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı çərçivəsində İspaniya ilə qarşılaşırdı. Matçı qadınlar və kişilər birlikdə paytaxt Tehranın ən böyük stadionu olan Azadidə quraşdırılan böyük ekranlardan izləyib. Stadionda 10 min azarkeş olub.
Qeyd edək ki, qadınların 1979-cu ildən bəri belə hüququ yox idi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !