İrəvan meriyasının əməkdaşını döydülər

13:00 | 14.06.2018
İrəvan meriyasının əməkdaşını döydülər

İrəvan meriyasının əməkdaşını döydülər

İrəvan meriyasının hüquq məsələləri üzrə məsləhətçisi Aram Ananyan döyülüb.
 
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, 48 yaşlı Ananyan polisə şikayət edib. O, bildirib ki, 12 iyun tarixində axşam saatlarında İrəvanın Moskovyan küçəsində Gevorq M., Xoren S. və digər şəxslər yığışaraq onu döyüblər. Lakin İrəvan meriyasının əməkdaşı niyə döyüldüyünü və günahının nədə olduğunu bilmir. Hadisə ilə bağlı polis araşdırma aparır. 

Qeyd edək ki, bir neçə gün əvvəl İrəvan sakinləri meriyanın binası qarşısında kütləvi aksiya keçirərək qurumun qanunsuz fəaliyyətlərlə məşğul olduğunu bildiriblər. Etirazçılar İrəvan merinin istefasını tələb ediblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti