İşıqlı qılıncoynatma rəsmi idman növü kimi tanındı

21:00 | 20.02.2019
İşıqlı qılıncoynatma rəsmi idman növü kimi tanındı

İşıqlı qılıncoynatma rəsmi idman növü kimi tanındı

Fransa Qılıncoynatma Federasiyası işıqlı qılınclarla dueli rəsmi idman növü kimi tanıyıb.

Oxu.Az xəbər verir ki, bu idman növü üzrə yarışlar ənənəvi qılıncoynatmanın növləri olan rapira, şpaqa və sablya ilə eyni səviyyədə keçiriləcək.

İşıqlı qılınclar polikarbonatdan hazırlanacaq. Artıq oyunların keçirilməsi üçün qaydalar tətbiq olunub. İdmançılar dəyirmi meydanda üç dəqiqə mübarizə aparacaq. Başa və bədənə vurulan zərbələr beş, qola və ayağa vurulanlar üç xal hesablanacaq. Ələ dəyən zərbələr isə bir xal kimi qiymətləndiriləcək. İlk 15 xalı toplamış idmançı qalib elan ediləcək.

Qeyd edək ki, işıqlı qılıncdan Corc Lukasın rejissoru olduğu "Ulduz müharibələri” filmlər silsiləsində ilk dəfə istifadə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb