İsrail Azərbaycana yeni səfir təyin edib

10:21 | 16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin edib

İsrail Azərbaycana yeni səfir təyin edib

Corc Dik İsrailin Azərbaycandakı səfiri vəzifəsinə təyin edilib.

Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, buna qədər Corc Dik İsrail XİN-nin baş katibi Yuval Rotemin baş məsləhətçisi olub.

Corc Dik 2008-ci ildən İsraildə XİN-də çalışır. O, 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı diplomatik missiya rəhbərinin müavini vəzifəsində işləyib. 

C.Dik 2012-2015-ci illərdə İsrailin Norveçdəki missiyasının başçısının köməkçisi olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM